Qazaxıstanda meşə yanğını: 3 nəfər ölüb, 30 min hektar ərazi yanıb

Qazaxıstanda meşə yanğını: 3 nəfər ölüb, 30 min hektar ərazi yanıb Qazaxıstanın Abay bölgəsində Semey meşəsində yanğın başlayıb. Yanğında 3 meşə işçisi həyatını itirib, 30 min hektar ərazi külə dönüb.
Digər ölkələr
9 İyun , 2023 18:48
Qazaxıstanda meşə yanğını: 3 nəfər ölüb, 30 min hektar ərazi yanıb

Qazaxıstanın Abay bölgəsində Semey meşəsində yanğın başlayıb. Yanğında 3 nəfər həyatını itirib, 30 min hektar ərazi külə dönüb.

"Report" bu barədə Qazaxıstan mediasına istinadən xəbər verir.

Bildirilir ki, Semey şəhərində fövqəladə vəziyyət elan edilib.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hazırda 25 meşə təsərrüfatı işçisi ilə əlaqə yoxdur. Onların tapılması istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edilir ki, yanğınla mübarizəyə 662 canlı qüvvə və 177 texnika cəlb olunub. Aviasiya texnikası (altı helikopter) ümumi həcmi 192 ton olan 80 su atışı həyata keçirib.

Mövcud vəziyyəti nəzərə alaraq, əlavə olaraq Astana şəhəri və Qaraqanda vilayəti Fövqəladə Hallar Departamentinin 133 nəfərlik canlı qüvvə və vasitələrinin bir qrupunun və 48 texnikanın, həmçinin dörd helikopterin göndərilməsi qərara alınıb.

Dövlət başçısı həlak olanların ailələrinə hər cür yardımın göstərilməsi ilə bağlı hökumətə və Abay rayon rəhbərliyinə tapşırıq verib.

Son xəbərlər

Orphus sistemi