ABŞ Çinin hərbi modernləşdirilməsini narahatlıqla izləyir və bunu regional sabitliyə təhlükə kimi görür.
"Report" xəbər verir ki, bunu Ağ Evin sözçüsü Cen Psaki ənənəvi brifinqdə deyib.
Psaki ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Millinin Çinin hipersəsli silahlarının sınağı ilə bəyanatını şərh edib:
"Düşünürəm ki, Çinin hərbi modernləşdirmə səyləri ilə bağlı hamımızın narahatlığı var. ABŞ regionda gərginliyi artıran amillər üzərində işləməyə davam edir".
Bundan əvvəl “Financial Times” məlumat verib ki, Çin cari ilin avqust ayında nüvə silahı daşıya bilən hipersəsli raketini sınaqdan keçirib və bu, ABŞ kəşfiyyatının narahatlığına səbəb olub. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zao Lijian bildirib ki, Çin hipersəsli raketi yox, kosmik gəmini sınaqdan keçirib.