Prezident Mulino Panama kanalının ABŞ-nin nəzarətinə keçməyəcəyini bildirib

Prezident Mulino Panama kanalının ABŞ-nin nəzarətinə keçməyəcəyini bildirib “Panama kanalının hər metri Panamaya məxsusdur, ölkənin suverenliyi və müstəqilliyi müzakirə edilə bilməz”.
Digər ölkələr
23 Dekabr , 2024 03:05
Prezident Mulino Panama kanalının ABŞ-nin nəzarətinə keçməyəcəyini bildirib

“Panama kanalının hər metri Panamaya məxsusdur, ölkənin suverenliyi və müstəqilliyi müzakirə edilə bilməz”.

“Report” xəbər verir ki, bunu Mərkəzi Amerika dövlətinin rəhbəri Xose Raul Mulino ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Vaşinqtonun Panama kanalından istifadə üçün mövcud şərtlərə yenidən baxılmadığı təqdirdə ona nəzarətin qaytarılmasını tələb edə biləcəyi barədə sözlərinə cavab olaraq deyib.

Onun sözlərinə görə, Panama kanalı ölkə tarixinin bir hissəsidir. Mulino xatırladıb ki, 1977-ci ildə imzalanmış Torrixos-Karter müqaviləsi Panama kanalı zonası adlanan ərazinin ləğvini nəzərdə tutur və bu su yolu üzərində Panama suverenliyini təsdiqləyir. Kanalın Panamaya təhvil verilməsi prosesi 1999-cu ilin dekabrında tamamlanıb.

O xatırladıb ki, o vaxtdan bəri bununla bağlı heç bir sual və ya şikayət olmayıb. Mulino əlavə edib ki, kanal Panama hakimiyyətinin qərarı ilə genişləndirilib və hazırda ölkə iqtisadiyyatına minlərlə milyon dollar gəlir gətirən böyük layihəni təmsil edir.

Trampın Panama kanalından gəmilərin keçidi üçün yüksək tariflər barədə iddialarına cavab verən Xose Raul Mulino qeyd edib ki, bu cür tariflər bazar şəraiti, beynəlxalq rəqabət, mövcud qiymətlər və təmir və modernləşdirmə ehtiyacı nəzərə alınmaqla açıq şəkildə müəyyən edilir.

Son xəbərlər

Orphus sistemi