Portuqaliyada təyyarə enişi zamanı 2 nəfər ölüb

Digər ölkələr
  • 02 avqust, 2017
  • 17:51
Portuqaliyada təyyarə enişi zamanı 2 nəfər ölüb

Bakı. 2 avqust. REPORT.AZ/ Portuqaliyada yüngül mühərrikli "Sessna-152" təyyarəsinin təcili enişi zamanı iki nəfər ölüb.

"Report" xəbər verir ki, təyyarə çimərliyə təcili eniş edib. Bu zaman çimərlikdə olan 8 yaşlı qız və bir kişiyə dəyib. Nəticədə hər iki şəxs dünyasını dəyişib.

Təyyarənin sərnişini və pilot xəsarət almayıb. Onları polis saxlayıb.