Portuqaliya müxalifəti növbədənkənar parlament seçkilərinin keçirilməsini istəyir

Portuqaliya müxalifəti növbədənkənar parlament seçkilərinin keçirilməsini istəyir Portuqaliyanın müxalifəti təcili növbədənkənar parlament seçkilərinin keçirilməsini istəyir.
Digər ölkələr
10 Noyabr , 2023 01:42
Portuqaliya müxalifəti növbədənkənar parlament seçkilərinin keçirilməsini istəyir

Portuqaliyanın müxalifəti təcili növbədənkənar parlament seçkilərinin keçirilməsini istəyir.

“Report” bu barədə Avropa mətbuatına istinadən xəbər verir.

Belə ki, hakim sosialistlər istisna olmaqla, bütün siyasi qüvvələr Baş nazir Antonio Kostanın istefasından sonra növbədənkənar parlament seçkilərinin təyin edilməsi və iki ay ərzində keçirilməsi xahişi ilə Prezident Marsel Rebelo de Sousaya müraciət ediblər.

Erkən seçkilər tələbini ən çox müxalifət lideri və sağ mərkəzçi Sosial Demokrat Partiyasının sədri Luis Monteneqro israr edir.

Partiyalar sosialist çoxluğun Portuqaliyanın 2024-cü il büdcəsini təsdiq etməsinə mane olmaq üçün parlamentin buraxılmasını gecikdirməkdə maraqlı deyillər.

Xatırladaq ki, Marselo Rebelo de Sousa mədən icazələri ilə bağlı korrupsiya qalmaqalı fonunda baş nazir Antonio Kostanın istefasını qəbul edib.

Son xəbərlər

Orphus sistemi