Polşa XİN Macarıstan səfirini Aİ-də sədrliyin başlamasına həsr olunan mərasimə dəvət etməyib

Polşa XİN Macarıstan səfirini Aİ-də sədrliyin başlamasına həsr olunan mərasimə dəvət etməyib Polşanın xarici işlər naziri Radoslav Sikorski Macarıstanın Varşavadakı səfirinin Polşanın Avropa İttifaqı Şurasında sədrliyinin başlanması münasibətilə keçiriləcək qala-konsertə dəvətini geri çağırıb.
Digər ölkələr
3 Yanvar , 2025 14:37
Polşa XİN Macarıstan səfirini Aİ-də sədrliyin başlamasına həsr olunan mərasimə dəvət etməyib

Polşanın xarici işlər naziri Radoslav Sikorski Macarıstanın Varşavadakı səfirinin Polşanın Avropa İttifaqı (Aİ) Şurasında sədrlik müddətinin başlanması münasibətilə keçiriləcək qala-konsertə dəvətini ləğv edib.

“Report” xəbər verir ki, bu barədə “TVP Info” telekanalına ölkənin Avropa İttifaqı məsələləri üzrə nazirinin müavini Maqdalena Sobkovyak-Çarnetskaya bildirib.

“Biz bütün diplomatik korpusu dəvət etdik, lakin cənab nazir Sikorski Macarıstan səfirinə onun teatrda olmasının arzuedilməz olması barədə nota göndərdi”, - siyasətçi deyib. O əlavə edib ki, tədbirdə Macarıstanın Baş naziri Viktor Orban da olmayacaq.

Qeyd edək ki, Aİ Şurasına sədrlik yanvarın 1-dən etibarən, yanvarın 1-dən altı ay müddətinə Polşaya keçib. İki ölkə arasındakı vəziyyət Budapeştin Polşada axtarışda olan Ədliyyə Nazirliyinin keçmiş rəis müavini Marçin Romanovskiyə siyasi sığınacaq verməsindən sonra gərginləşib. Varşava bu addımı düşmənçilik adlandırıb və müddətsiz məsləhətləşmələr üçün Budapeştdəki səfirini geri çağırıb.

Son xəbərlər

Orphus sistemi