2025-ci ildə xarici siyasətdə baş verə biləcək gözlənilməz hadisələrin və ya “qara qu quşları”nın siyahısı tərtib edilib.
“Report” xəbər verir ki, bu barədə “Politico” nəşri 15 alim, analitik və futuroloqa istinadən yazıb.
Ekspertlər mümkün "qara qu quşları" arasında yeni xəstəlik epidemiyasını, tarixdə ən böyük haker hücumunu, həmçinin ABŞ və Çin arasında Birləşmiş Ştatlara məhsul idxalının tarifləri ilə bağlı kompromis əldə oluna biləcəyini qeyd ediblər.
Rusiya Prezidenti Vladimir Putin və ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp İranı "nüvə silahı hazırlamaqdan" çəkindirmək üçün gizli razılaşma əldə edəcəklər.
"Putin gecə yarısı Trampa zəng edərək İranı nüvə silahı hazırlamaqdan çəkindirmək üçün onda gizli sövdələşmənin olduğunu bildirir. Putin İranı hər hansı nüvə silahının hazırlanmasında beşillik fasiləyə verməyə razı salıb, Tramp isə İsraili Tehrana hücumdan çəkindirəcək", - ABŞ Milli Kəşfiyyat Şurasının keçmiş müşaviri Metyu Berrouz nəşrə bildirib.
2000-2004-cü illərdə MKİ-nin direktoru olmuş Con Maklaflin nəşrə bildirib ki, 2025-ci ilin ən gözlənilməz hadisəsi Fələstin-İsrail münaqişəsinin həlli ola bilər. Onun ehtimalına görə, 2025-ci ildə Fələstinin ayrıca müstəqil dövlət olması üçün tədbirlər görüləcək.