Perunun yeni Baş naziri Hektor Valer vəzifəsindən istefa verib.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Valerin həyat yoldaşına və qızına qarşı zorakılıq etdiyi məlum olub.
O, yanvarın 31-də istefa vermis Baş nazir Mirta Vaskesin yerinə təyin olunmuşdu.
Hektor Valer Prezident Pedro Kastillonun kabineti yeniləyəcəyini elan etdikdən bir gün sonra istefa verdiyini açıqlayıb.
Kastillo administrasiyasının 6-cı ayında üçüncü baş nazir olan Valer, medianın onun haqqında şiddətli təsvir yaradan reaksiyalara məruz qaldığını söyləyib. Yerli mediada Valerinin fiziki zorakılıqda ittiham edən həyat yoldaşı və qızının polisə şikayətləri dərc olunub. Məlumata görə, Valer qadınları təpik, şillə və yumruqla döyüb.
Valer fevralın 3-də and içərək, keçmiş Baş naziri əvəzləmişdi.