Peruda transgenderlər psixi pozğunluğu olan insanlar kimi təsnif ediləcək
Digər ölkələr
- 16 may, 2024
- 00:19
Peru hökuməti transseksualizmi psixi pozğunluq siyahısına salan fərman verib.
“Report” xəbər verir ki, sənədin mətni hökumətin “El Peruano” qəzetində dərc olunub.
Fərman psixi sağlamlıq problemlərinə görə pulsuz psixoloji yardım almaq hüququ olan vətəndaşların kateqoriyalarını genişləndirir. Belə ki, siyahıya transseksualizmlə yanaşı, transvestizm və digər cinsi kimlik pozğunluqları da daxildir.
Peru Səhiyyə Nazirliyi bildirib ki, ölkədə transseksualizm və gender disforiyasının yetkinlik dövründə şəxsiyyət və davranış pozuntuları kimi təsnif edildiyi Xəstəliklərin Beynəlxalq Təsnifatının 10-cu versiyası fəaliyyət göstərməkdə davam edir.
Bununla yanaşı, nazirlik “cins və cinsi müxtəliflik” hallarını xəstəlik hesab etmədiyini vurğulayıb.
Son xəbərlər
23:44
KİV: İsveçrə ABŞ-nin idxal tariflərini 15%-ə endirmək üçün razılığa yaxındır
Digər ölkələr23:27
Foto
Azərbaycan boksçuları İslamiadanı 6 medalla başa vurub - YENİLƏNİB
Fərdi23:18
Ağ Evdə Fidanla Rubionun görüşü başlayıb
Digər ölkələr23:02
Ağ Evdə Tramp və Əl Şaraa danışıqlar aparıb – YENİLƏNİB
Digər ölkələr22:57
Video
Hindistan DİN: Dehlidə partlayış zamanı səkkiz nəfər ölüb - YENİLƏNİB-2
Digər ölkələr22:43
Azərbaycanın Olimpiya çempionu: "Əsas odur ki, milli İslamiadanın qalibi oldu"
Fərdi22:38
Neftçala bazarında baş verən yanğın söndürülüb - YENİLƏNİB
Hadisə22:30
Türkiyədə 4,9 maqnitudada zəlzələ olub
Region22:23