Pentaqonun büdcəsi azaldılır

Pentaqonun büdcəsi azaldılır ABŞ-nin müdafiə naziri Pit Heqset qarşıdakı beş il ərzində müdafiə nazirliyinin büdcəsini hər il 8 faiz azaldılması barədə göstəriş verib.
Digər ölkələr
19 fevral 2025 21:18
Pentaqonun büdcəsi azaldılır

ABŞ-nin müdafiə naziri Pit Heqset qarşıdakı beş il ərzində müdafiə nazirliyinin büdcəsini hər il 8 faiz azaldılması barədə göstəriş verib.

“Report” xəbər verir ki, bu barədə “The Washington Post” onun əlində olan sənədə istinadən məlumat yayıb.

2024-cü ilin dekabrında ABŞ-nin keçmiş prezidenti Co Bayden ölkənin 2025-ci maliyyə ili üçün müdafiə büdcəsini (oktyabrın 1-dən başlayıb) 895 milyard dollar səviyyəsində təsdiqləyib.

ABŞ-nin keçmiş müdafiə naziri Lloyd Ostin isə Amerika hökumətinə planlaşdırılmış müdafiə xərclərini hər il 50 milyard dollar artırmağı təklif etmişdi. Bu plana əsasən 2026-cı maliyyə ilində xərclər 926,5 milyard dollar, 2027-ci ildə 972,8 milyard dollar, 2028-ci ildə isə 1 trilyon dollardan çox məbləğdə nəzərdə tutulurdu.

Son xəbərlər

Orphus sistemi