Pentaqon Rusiya və Çini peyk əleyhinə silah hazırlamaqda şübhəli bilir

Pentaqon Rusiya və Çini peyk əleyhinə silah hazırlamaqda şübhəli bilir Con Hayten: "Müharibənin qarşısını almağın ən yaxşı yolu, ona hazır olmaqdır"
Digər ölkələr
27 Yanvar , 2017 08:45
Pentaqon Rusiya və Çini peyk əleyhinə silah hazırlamaqda şübhəli bilir

Bakı. 27 yanvar. REPORT.AZ/ Rusiya kosmik məkanda istifadə olunan peyklərə qarşı yönəlmiş silah hazırlayır.

"Report" xəbər verir ki, bu iddia ilə ABŞ Hərbi Hava Qüvvələrinin Kosmik Komandanlığının rəisi Con Hayten Pentaqonun rəsmi saytında dərc olunmuş məqaləsində çıxış edib.

Onun fikrincə, hələ 1980-ci illərdən peyk əleyhinə texnologiyalara malik olan Rusiya, hazırda kosmosda lazerlər və digər imkanlardan istifadəni özündə birləşdirən peyk əleyhinə imkanları tədqiq edir.

"Bu, bizim peyklərimiz üçün təhlükə yarada bilər və kosmosa çıxışı məhdudlaşdıran "kosmik zibil" yarada bilər", - deyə o qeyd edib.

Kosmosdan yalnız şəxsi məqsədlər üçün istifadə etmək niyyətini açıq şəkildə ifadə edən Çinə gəldikdə isə, Heyten əminliklə bildirib ki, Pekin öz müdafiə sistemlərini sınaqdan keçirməkdədir.

"Onlar yaxın gələcəkdə bizim fəzada olan istənilən kosmik aparatımıza qarşı təhlükə imkanlarından istifadə edə bilərlər. Biz buna mane olmalıyıq və müharibənin qarşısını almağın ən yaxşı yolu, ona hazır olmaqdır", - deyə Hayten bildirib.

Son xəbərlər

Orphus sistemi