Pentaqon İsrailə görə Yaxın Şərqdəki qüvvələrinin yerini dəyişəcək
Digər ölkələr
- 02 avqust, 2024
- 19:05
ABŞ Müdafiə Nazirliyi gərginliyin artacağı təqdirdə İsrailin müdafiəsinə dəstək vermək üçün Yaxın Şərqdəki qüvvələrinin yerini dəyişəcək.
“Report” xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqh keçirdiyi növbəti brifinqdə bildirib.
“Bununla bağlı ABŞ-ın müdafiə naziri Lloyd Ostin regionda Amerika hərbçilərinin təhlükəsizliyinin gücləndirilməsi və İsrailin müdafiəsinə dəstəyin artırılması üçün bir sıra qüvvələrin balansında dəyişikliklərin həyata keçirilməsi üçün əmr verəcək”, - deyə Sinq bildirib.
Onun sözlərinə görə, Ostin İsrailin müdafiə naziri Yoav Qalantla söhbətində ona Birləşmiş Ştatların gördüyü əlavə tədbirlər, o cümlədən gələcəkdə qüvvələr balansında dəyişikliklər barədə məlumat verib.
Son xəbərlər
10:16
Azərbaycan millisi bu gün Rusiya yığması ilə üz-üzə gələcək
Futbol10:12
"Mərkəzi Klinika" sığortaçı seçir
Maliyyə10:09
Sabahdan direktorların işə qəbulu üzrə müsahibələrə başlanılır
Elm və təhsil10:08
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIV tura start verilir
Komanda10:05
Foto
Azərbaycan beynəlxalq qastronomiya xəritəsində mövqeyini gücləndirir
Turizm10:05
"Qarabağ"ın müdafiəçisi ÇL-də ən çox top qazanan üçüncü futbolçudur
Futbol10:02
Japarov Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsinə sədr təyin edib
Region09:56
Slovakiya səfirliyi Azərbaycan xalqını Ramazan ayı münasibətilə təbrik edib
Xarici siyasət09:52