Amerika və İraq hərbçiləri arasında gözlənilən danışıqlar “ABŞ qoşunlarının İraqdan çıxarılması” ilə bağlı olmayacaq.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq brifinqdə bildirib.
Pentaqon rəsmisinin sözlərinə görə, ABŞ Ali Hərbi Komissiyasının və İraqın işçi qruplarının görüşləri “Amerika qoşunlarının İraqdan çıxarılması ilə bağlı danışıqlara çevrilməyəcək”.
"Onlar ABŞ və İraq arasında ikitərəfli əməkdaşlığın gələcəyindən danışacaqlar", - Sinq deyib. O, görüşlərdə İslam Dövləti terror qruplaşmasına qarşı mübarizənin, əməliyyat tələblərinin və İraq Silahlı Qüvvələrinin təchizat səviyyəsinin müzakirə ediləcəyini vurğulayıb.
Eyni zamanda, Sinq görüşlərdə İraqdakı Amerika silahlı qüvvələrinin sayının müzakirə olunub-olunmayacağı ilə bağlı suala müsbət cavab verib.