Bakı. 14 noyabr. REPORT.AZ/ Roma papası Fransisk Parisdə törədilən terror aktlarını sərt şəkildə pisləyib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, papa mövcud qətliamın üçüncü dünya müharibəsinin bir hissəsi olduğunu bildirib.
Terror aktları ilə bağlı televiziya kanallarının birinə canlı telefon bağlantısı ilə qoşulan Fransisk hadisədəm sarsıldığını bəyan edib: "Hələ də baş verənləri başa düşmürəm. İnsanların nə hisslər keçirdiyini anlamaq həqiqətən də çox çətindir. Fransız xalqı və həlak olanların ailələri üçün dua edirəm".
O qeyd edib ki, dünyanın hazırda yaşadığı bu hadisələr üçüncü dünya müharibəsinin bir parçasıdır.
Xatırladaq ki, Roma papası daha əvvəlki çıxışlarında da üçüncü dünya müharibəsinin hissə-hissə baş verdiyini bildirmişdi.