Yuxarı
    Bağlamaq

    Parisdə keçiriləcək BMT sammitində təhlükəsizliyi 120 min polis təmin edəcək

    138 ölkələrin dövlət və hökumət başçıları konfransda iştiraklarını təsdiq edib

    Bakı. 25 noyabr. REPORT.AZ/ Fransanın paytaxtı Parisdə keçiriləcək BMT iqlim sammitində təhlükəsizliyi təmin etmək üçün 120 min polis işə cəlb olunacaq. "Report" AFP-yə istinadən xəbər verir ki, bu barədə məlumatı Fransanın daxili işlər naziri Bernar Kaznyov verib.

    Eyni zamanda təhlükəsizliyi tam qorumaq üçün təxminən 8 min hüquq-mühafizə orqanlarının əməkdaşı Fransanın sərhədlərinə, 2800 hərbi qulluqçu isə birbaşa konfransın baş tutacağı Paris ətrafındakı Le Burje şəhərinə yönəldiləcək.

    Qeyd edək ki, BMT-nin iqlim konfransı noyabrın 30-da Parisdə açıq elan olunacaq və dekabrın 11-dək davam edəcək. Yelisey sarayından verilən məlumata görə, 138 ölkələrin dövlət və hökumət başçıları konfransda iştiraklarını təsdiq edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi