Pakistanın keçmiş kəşfiyyat rəhbəri 14 il müddətinə azadlıqdan məhrun edilib
- 11 dekabr, 2025
- 14:55
Pakistan hərbi məhkəməsi Kəşfiyyat Xidmətinin (ISI) keçmiş rəhbəri Faiz Həmidi 4 maddə üzrə 14 il həbs cəzasına məhkum edib.
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, o, siyasi fəaliyyətdə iştirakda, dövlət sirri haqqında qanunu pozmaqda, hakimiyyət və resurslardan sui-istifadə etməkdə, habelə ayrı-ayrı şəxslərə ziyan vurmaqda ittiham olunur.
Keçən ilin avqustundan həbsdə olan F.Həmid bütün maddələr üzrə təqsirli bilinib. Onun apellyasiya şikayəti vermək hüququ var.
Sabiq Baş nazir İmran Xanın minlərlə tərəfdarının 2023-cü ilin mayında hərbi obyektlərə və ofislərə hücumunda onun rolu ilə bağlı ayrıca araşdırma başlana bilər.
R.Həmid 2019-cu ildən 2021-ci ilə qədər ISI-ya rəhbərlik edib. O, İmran Xanın yaxın müttəfiqi hesab edilirdi.