Yuxarı
    Bağlamaq

    Pakistanda yaraqlılar altı polis əməkdaşını qətlə yetirib, 15 nəfəri isə girov götürüb

    Aprelin 2-dən Pəncab əyalətində genişmiqyaslı antiterror əməliyyatı keçirilir

    Bakı. 13 aprel. REPORT.AZ/ Pakistanın Pəncab əyalətində yaraqlılar azı altı polis əməkdaşını qətlə yetirib.

    "Report" "Sinxua" xəbər agentliyinə istinadən xəbər verir ki, Racanpur rayonunda polislə atışma zamanı yaraqlılar daha 15 nəfəri girov götürüb.

    Qeyd edək ki, aprelin 2-dən Pəncab əyalətində genişmiqyaslı antiterror əməliyyatı keçirilir. Əməliyyatda terrorla mübarizə şöbəsinin, reyncerlərin, hərbi və polis qüvvələrinin 1600 əməkdaşı iştirak edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi