Pakistan İranla sərhədi tamamilə bağlayıb
Digər ölkələr
- 16 iyun, 2025
- 16:41
Pakistan Yaxın Şərqdəki vəziyyətin kəskinləşməsi ilə əlaqədar İranla sərhədi qeyri-müəyyən müddətə bağlayıb.
"Report" xəbər verir ki, bu barədə Pakistan KİV-ləri məlumat yayıb.
"İranla sərhədin bağlanması barədə qərar İsrailin hücumları səbəbindən qeyri-sabit vəziyyət fonunda təhlükəsizlik üçün qəbul edilib", - KİV-lər adı açıqlanmayan rəsmilərin sözlərinə sitat gətirib.
Qeyd edək ki, İran və Pakistanın 905 km uzunluğunda ümumi sərhədi var.
Sərhəd məntəqələri bazar günündən etibarən bağlanmağa başlayıb.
Ötən gün Pakistan xarici işlər naziri Məhəmməd İshaq Dar İrandan 450 pakistanlı zəvvarın təxliyə edildiyini bildirib. O, İranda təhsil alan 150-dən çox pakistanlı tələbənin "Taftan" sərhəd məntəqəsi vasitəsilə vətənə qayıdacağını qeyd edib.
Son xəbərlər
09:32
Mahir Emreli: "Beş dəqiqə oynasam belə, özümü sübut etməyə çalışıram"
Futbol09:27
Video
FHN: Azərbaycanda ötən həftə 219 yanğına çıxış qeydə alınıb
Hadisə09:24
Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Hərbi09:20
Azərbaycanda genişzolaqlı internetin orta sürəti 32 % artıb
İKT09:11
Bakıda avtomobil 50 yaşlı kişini vuraraq öldürüb
Hadisə09:09
Bakıda moped divara çırpılıb, sürücü ölüb
Hadisə09:07
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (16.03.2026)
Maliyyə09:01
"Barselona"da prezident seçkilərinin nəticələri açıqlanıb: Laporta qələbə qazanıb
Futbol08:52