Pakistan Əfqanıstanı Talibanı dəstəkləməkdə ittiham edib

Pakistan Əfqanıstanı Talibanı dəstəkləməkdə ittiham edib İslamabad-Kabil münasibətləri gərginləşib
Digər ölkələr
24 Avqust , 2015 03:24
Pakistan Əfqanıstanı Talibanı dəstəkləməkdə ittiham edib

Bakı. 24 avqust. REPORT.AZ/ Pakistan rəsmiləri Kabil hökümətinə qarşı sərt ittihamlar səsləndirib.

"Report" BBC-yə istinadən xəbər verir ki, Pakistanın Xarici İşlər Nazirliyinə dəvət edilən Əfqanıstan səfirinə son günlərdə həmsərhəd bölgələrində baş verən hadisələrlə bağlı ciddi narahatlıq ifadə olunub.

Qeyd edək ki, "Taliban" qruplaşmasının üzvləri ötən gün minaatanlardan da istifadə edərək pakistanlı hərbçilərə hücum ediblər. Nəticədə dörd əsgər qətlə yetirilib.

Bu hadisənin Əfqanıstanla münasibətlərə mənfi təsir edəcəyindən əminlik ifadə edən İslamabad rəsmiləri Kabil hökümətini Talibanı dəstəkləməkdə ittiham edib.

Əfqanıstan rəhbərliyi isə ittihamları qəbul etməyərək bəyan edir ki, Talibanın fəaliyyət mərkəzi Pakistanın Kvetta şəhərində yerləşdiyi üçün terrorçulara ən böyük dəstəyi elə İslamabadın özü verir.

Son xəbərlər

Orphus sistemi