Ötən il 5 min 411 nəfər ABŞ vətəndaşlığından imtina edib

Ötən il 5 min 411 nəfər ABŞ vətəndaşlığından imtina edib Böyük Britaniyanın xarici işlər naziri Boris Conson ABŞ vətəndaşlığından çıxıb
Digər ölkələr
9 Fevral , 2017 10:11
Ötən il 5 min 411 nəfər ABŞ vətəndaşlığından imtina edib

Bakı. 9 fevral. REPORT.AZ/ Böyük Britaniyanın xarici işlər naziri Boris Conson ABŞ vətəndaşlığından imtina edib.

“Report” “The Wall Street Journal”a istinadən xəbər verir ki, B.Conson ABŞ-da doğulduğundan o, həm də bu ölkənin vətəndaşlıq pasportuna malik olub.

B.Conson bildirib ki, Nyu-Yorkda doğulub, 5 yaşı olanda ABŞ-dan köçüblər. Amma buna baxmayaraq bu ölkənin vətəndaşlığını saxlayırmış. Onun sözlərinə görə, 2014-cü ildə ABŞ hökuməti ondan Londonda satdığı evinin vergisini ödəməyi tələb edib. B.Conson deyib ki, həmin tələbdən sonra ABŞ vətəndaşlığından imtina edib.

Məlumatda vurğulanıb ki, XİN başçısının ABŞ-da 50 min dollar məbləğində gəlir vergisi borcu var. 

Jurnal 2016-cı ildə ABŞ vətəndaşlığından imtina edənlərin siyahısını da dərc edib. Ölkənin Maliyyə Nazirliyi hər rüb belə siyahı açıqlayır.

Ötən il 5411 nəfər ABŞ vətəndaşlığından imtina edib. İnformasiyada bildirlib ki, 2016-cı ildə ABŞ pasportundan imtina edən ikili vətəndaşı olanların sayı 1990-cı illə müqayisədə 26 faiz artaraq, rekord həddə çatıb. 

Son xəbərlər

Orphus sistemi