Bakı. 2 oktyabr. REPORT.AZ/ Təhqiqatçılar ABŞ-ın Oreqon ştatınfa ötən axşam silahlı şəxsin yerli kollecdə qatliyam törətməsinin səbəblərini araşdırmağa çalışır.
“Report”un “Amerikanın Səsinə" istinadən verdiyi xəbərə görə, Douglas rayonunun şerifi Con Hanlin bildirib ki, polis əməkdları Umpqua Kollecində və qatilin evində axtarış aparıblar.
Halnin qeyd edib ki, təhqiqatçılar qatilin qonşuları və dostları ilə əlaqə qurmağa və hadisə yerindən dəlillər toplmağa çalışıblar.
Cümə axşamı ABŞ-ın Oreqon ştatında yerləşən kollecdə doqquz nəfərin ölümü ilə nəticələnən silahlı hücumun şahidləri silahlı şəxsin xristianları hədəf aldığını bildirir.
Rəsmilər deyir ki, ağır silahları olan hücumçu səhər saat 10:30 radələrində Umpuqua Kollecinə daxil olub və insanlara atəş açaraq öldürməyə başlayıb. Daha sonra o özü polislə atışma nəticəsində aldığı güllə yarası nəticəsində keçinib.
Hüququ mühafizə orqanları silahlı şəxsin 26 yaşlı Kris Harper Merser olduğunu müəyyən ediblər.
Hadisəyə qəzəblənən ABŞ prezidenti Barak Obama atışmadan bir neçə saat sonra hadisə ilə bağlı çıxış edib. O, Amerika xalqından “sağlam” silah qanunları qəbul etmələri üçün Konqresə təzyiq göstərməsini istəyib.