OCHA: Dünyada öldürülən humanitar yardım işçilərinin sayı son dərəcə artıb

OCHA: Dünyada öldürülən humanitar yardım işçilərinin sayı son dərəcə artıb 2023-cü ildə 33 ölkədə 280 humanitar işçi həlak olub ki, bu da humanitar yardım tarixində ən yüksək ölüm göstəricidir.
Digər ölkələr
19 Avqust , 2024 12:35
OCHA: Dünyada öldürülən humanitar yardım işçilərinin sayı son dərəcə artıb

2023-cü ildə 33 ölkədə 280 humanitar işçi həlak olub ki, bu da humanitar yardım tarixində ən yüksək ölüm göstəricidir.

"Report" xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) saytında yerləşdirilən məlumatda deyilir.

Bildirilib ki, 118 nəfərin öldüyü 2022-ci illə müqayisədə 2023-cü ildə öldürülən humanitar yardım işçilərinin sayı 137 faiz artıb. 2023-cü ildə ən çox ölüm hadisəsi oktyabrda İsrail və Fələstinin HƏMAS hərəkatı arasında münaqişə şiddətləndikdən sonra Qəzza zolağında gedən döyüşlərin ilk üç ayında baş verib. Bu il avqustun 7-nə olan məlumata görə, 172 humanitar yardım işçisi həlak olub.

Qeyd olunub ki, 2023-2024-cü illərdə Qəzza zolağı, Sudan və Cənubi Sudanda xeyli sayda humanitar işçi öldürülüb.

Son xəbərlər

Orphus sistemi