ABŞ-ın Kubadaki səfirliyi aprelin sonuna qədər fəaliyyətə başlaya bilər

Digər ölkələr
  • 03 mart, 2015
  • 00:20
ABŞ-ın Kubadaki səfirliyi aprelin sonuna qədər fəaliyyətə başlaya bilər

Bakı. 3 mart. REPORT.AZ/ Ağ Ev başçısı Barak Obama Kuba ilə munasibətlərin normallaşması istiqamətində ciddi irəliləyişin əldə olunduğunu və adada aprelin sonunadək ABŞ səfirliyinin açılacağını bildirib.

"Report"un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, 10-11 aprel tarixlərində Panamada keçiriləcək Amerika Dövlətlərinin liderlər zirvəsinə qədər Kubadaki ABŞ səfirliyinin açılması istiqamətində ilkin addımların yekunlaşacağına ümid etdiyini vurğulayan B. Obama: "Apreil sonunadək artıq dipmissiya işə başlamalıdır. Kuba ilə normallaşma prosesinin bütövlüklə müsbət nəticə verəcəyinə inanmıram. Çünkü bu istiqamətdə hələ görüləcək çox iş var", - deyə qeyd edib.

Xatırladaq ki, Vaşınqton ilə Havana əlaqələrin normallaşması ilə bağlı vahid mövqeyi ötən ilin 17 dekabr tarixində açıqlamışdı.

Son xəbərlər

Bütün Xəbər Lenti