Nikaraqua türmələrində yer sayını azaltmaq üçün 8 min dustaq azad edilib
Digər ölkələr
- 23 fevral, 2016
- 02:46
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 23 fevral. REPORT.AZ/ Nikaraquada 8 mindən çox məhbus dolmuş türmələrin boşaldılması məqsədi ilə azadlığa buraxılıb.
"Report" xəbər verir ki, bu barədə hökumətə istinadən "Frans Press" məlumat yayıb.
Məlumata görə, 5 ilədək həbs müddəti olan 8 min 149 dustaq azadlığa buraxılıb. Bundan əlavə, 94 əcnəbi cəzasının qalan hissəsini öz vətənində çəkmək üçün ölkədən göndərilib.
Vaxtından tez azad edilmə prosesi 2014-cü ildən başlayıb və bu günə qədər davam edib. Hazırda Nikaraqua türmələrində nə qədər dustağın olduğu açıqlanmır. Bununla belə, ötən il ölkənin penitensiar müəssisələrində 10,5 min dustağın olduğu bildirilir ki, bu da Nikaraqua türmələrinin tutumundan iki dəfə çoxdur.
Son xəbərlər
17:11
Azərbaycan banklarına depozit qoyuluşu il ərzində 12 %-dən çox artıb
Maliyyə
17:10
Biləsuvarda əmək yarmarkası keçirilib
Sosial müdafiə
17:06
Foto
Süni intellekt, innovasiyalar və medianın gələcəyi müzakirə olunub
Media
17:03
UKMTO Ədən körfəzində ticarət gəmilərinə yaxınlaşan şübhəli gəmilər barədə xəbərdarlıq edib
Digər ölkələr
17:02
Video
İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-ə çatıb - Yenilənib-3
Digər ölkələr
16:58
Baş prokurorun köməkçisi: Bakıda keçirilən görüş korrupsiyaya qarşı mübarizədə əməkdaşlığı gücləndirəcək
Xarici siyasət
16:57
Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
Fərdi
16:54
Azərbaycan Məkkə Konvensiyasına qoşulub
Xarici siyasət
16:52
Naxçıvanda 9 ayda sahibkarlara 163 təsdiqedici sənəd təqdim edilib
Biznes