Nigeriyada son bir gün ərzində 49 nəfər qətlə yetirilib

Digər ölkələr
  • 18 noyabr, 2015
  • 23:04
Nigeriyada son bir gün ərzində 49 nəfər qətlə yetirilib

Bakı. 19 noyabr. REPORT.AZ/ Nigeriyanın müxtəlif regionlarında törədilən terror aktları nəticəsində son bir sutka ərzində 49 nəfər qətlə yetirilib, onlarla insan xəsarət alıb. "Report"un "Gazeta.Ru"-ya istinadən verdiyi xəbərə görə, Kan şəhərində iki qadın-kamikadze 15 nəfərin ölümünə səbəb olub. Azı 53 nəfər yaralanıb.

Daha bir terror aktı ölkənin şimal-şərqindəki Yola şəhərində törədilib. Nəticədə 34 nəfər ölüb, 80 insan xəsarət alıb.

Ölkə rəsmiləri hesab edir ki, terror aktları "Boko Haram" qruplaşmasının təlimatı ilə həyata keçirilib. 

44 filmi