Nigeriyada məktəb binası uçub, 20-dən çox şagird ölüb - YENİLƏNİB

Nigeriyada məktəb binası uçub, 20-dən çox şagird ölüb - YENİLƏNİB Nigeriyada məktəb binasının bir hissəsi dərs zamanı uçub, nəticədə 16 şagird həlak olub.
Digər ölkələr
12 İyul , 2024 23:15
Nigeriyada məktəb binası uçub, 20-dən çox şagird ölüb - YENİLƏNİB

Nigeriyanın mərkəzində məktəb binasının bir hissəsinin dərs zamanı uçması nəticəsində ölən şagirdlərin sayı artıb.

“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” Nigeriya Qırmızı Xaç Cəmiyyətinin nümayəndəsi Nuruddin Hüseyn Maqaciyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, hadisə nəticəsində 21 şagird ölüb, daha 69 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Nigeriyanın “Channels” telekanalı dağıntılar altında 70-ə qədər məktəbli və müəllimin qala biləcəyini iddia edib. Hadisə yerində xilasetmə qrupları və hərbçilər işləyir. Ümumilikdə məktəbdə min şagird təhsil alır.

20:10

Nigeriyada məktəb binasının bir hissəsi dərs zamanı uçub, nəticədə 16 şagird həlak olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

Bundan əvvəl Nigeriya mediası 7 nəfərin öldüyünü bildirmişdi.

Məlumata görə, 40-a yaxın tələbə xilas edilib. Onlara tibbi yardım göstərilir və zərərçəkənlər üçün qan götürülməsi elan edilib. Dağıntılar altında 70-ə qədər məktəbli və müəllimin ola biləcəyini iddia edilir. Hadisə yerində xilasetmə qrupları və hərbi hissələr işləyir.

Dağılan orta məktəb binası Plato Ştatının paytaxtı Cosda yerləşir. Binanın uçan hissəsində aşağı siniflərin şagirdləri olub.

Son xəbərlər

Orphus sistemi