Nigeriyada benzindaşıyan maşın partlayıb, azı 20 nəfər ölüb

Digər ölkələr
  • 24 iyul, 2023
  • 12:51
Nigeriyada benzindaşıyan maşın partlayıb, azı 20 nəfər ölüb

Nigeriyanın cənubunda insanlar benzindaşıyan maşından tökülən benzini vedrələrə yığmaq istəyən zaman nəqliyyat vasitəsi partlayıb.

“Report” xəbər verir ki, bu barədə Nigeriyanın “Punch” qəzeti məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində azı 20 nəfər ölüb. Partlayış nəticəsində ağır yanıq xəsarətləri alanların olduğu qeyd edilib.