Nigeriyada azı 48 nəfər yol qəzasında yanaraq ölüb
Digər ölkələr
- 08 sentyabr, 2024
- 19:03
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Nigeriyada baş verən ağır yol qəzasında ən azı 48 nəfər həlak olub.
“Report” xəbər verir ki, bu barədə “Punch” qəzeti yazıb.
Qeyd olunub ki, Niger ştatında yanacaq daşıyan avtomobil sərnişin aparan digər nəqliyyat vasitəsilə toqquşub. Nəticədə yanğın baş verib.
Niger ştatının Fövqəladə Hallar üzrə Dövlət Agentliyinin baş direktoru Abdullahi Baba-Arabın sözlərinə görə, yanğın nəticəsində tanınmaz halda olan azı 48 nəfərin meyiti müsəlman adətlərinə uyğun olaraq artıq həmin gün dəfn edilib.
Ölən və yaralananların ümumi sayı hələ müəyyən edilməyib. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır.
Son xəbərlər
16:15
SEPAH daha iki neft tankerinin Hörmüzdə minaya düşdüyünü açıqlayıb
Region
16:06
Bəzi magistral yollarda görünüş məsafəsi azalacaq
İnfrastruktur
15:57
Əl-Maliki: Husilər danışıqlar masası arxasına əyləşsələr, Yəməndəki müharibə "sabah" başa çata bilər
Digər ölkələr
15:50
Azərbaycanın U-19 yığması Avropa çempionatının seçmə mərhələsində növbəti məğlubiyyətini alıb
Futbol
15:49
İsveçrəlilərin əksəriyyəti silah ixracı qaydalarının sadələşdirilməsini dəstəkləyir - Yenilənib
Digər ölkələr
15:43
Krasnoyarskda baş verən qəzada ölənlərin sayı altı nəfərə çatıb
Region
15:27
Sabahkı hava meteohəssas insanlarda narahatlıq hissi yarada bilər
Sağlamlıq
15:12
"Bavariya"nın futbolçusu Konrad Laymer qeyri-müəyyən müddətə sıradan çıxıb
Futbol
15:03
Rusiya yanacaq idxalını artırmağı planlaşdırır
Region