Niderlandda daha dörd nəfər Qərbi Nil virusundan ölüb

Digər ölkələr
  • 01 oktyabr, 2026
  • 14:55
Niderlandda daha dörd nəfər Qərbi Nil virusundan ölüb

Niderlandda son həftələr ərzində dörd nəfər Qərbi Nil virusunun törətdiyi infeksiyadan ölüb, bunun nəticəsində ölkədə bu il xəstəlikdən ölənlərin ümumi sayı doqquza çatıb.

"Report" xəbər verir ki, bu barədə Niderlandın İctimai Sağlamlıq və Ətraf Mühit üzrə Milli İnstitutu (RIVM) məlumat verib.

İnstitutun məlumatına görə, Qərbi Nil virusuna yoluxmanın altı il ərzində ilk dəfə birbaşa Niderlanddandiya ərazisində qeydə alınan halı avqust ayında müəyyən edilib. O vaxtdan bəri aşkar edilmiş halların ümumi sayı 56-ya yüksəlib.

RIVM hesab edir ki, yayılma ehtimal ki, artıq pik həddə çatıb, çünki son həftələrdə yeni yoluxma hallarının sayı azalıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qeyd edir ki, virus əsasən ağcaqanad dişləmələri vasitəsilə insanlara keçir. Yoluxmuş hər 150 nəfərdən təxminən birində xəstəlik ağır formada keçə bilər.

ÜST-ün məlumatına görə, Avropada hava temperaturunun yüksəlməsi Qərbi Nil virusunu daşıyan ağcaqanadların fəaliyyət dövrünü və yayılma ərazisini artırır. Bu il regionda bir sıra rekord istilik dalğaları qeydə alınıb.

Qərbi Nil virusuna yoluxma hallarının artması Yunanıstan və İtaliyada da müşahidə olunur.