“Almaniya Rusiyanın neft və təbii qazından bacardıqca tez imtina edəcək”.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Almaniyanın maliyyə naziri Kristian Lindner bildirib.
“Ukrayna ilə müharibə aparan Rusiyanın hakimiyyəti ilə normal iqtisadi münasibət ola bilməz. Bu səbəbdən Almaniya Rusiyanın neft və təbii qazından imtina etməlidir”, - nazir vurğulayıb.
“Bu nə vaxt baş verəcək” sualına cavabında Kristian Lindner “bu addım daha çox Rusiya Prezidenti Vladimir Putinə Almaniyadan daha çox ziyan dəyməsindən asılı olacaq” - o deyib.
O qeyd edib ki, strateji marağı nəzərə alsaq, bu həftələrlə deyil, ola bilsin, illərlə vaxt aparacaq.
Almaniya kansleri Olaf Şolts bir müddət əvvəl bildirmişdi ki, Almaniya bu ili Rusiya neftindən və daş kömüründən azad ola bilər.