Şimali Atlantika alyansı hazırda Qərbi Balkanlar regionunda hərbi mövcudluğunu yenidən nəzərdən keçirir.
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq Kosovoda keçirdiyi mətbuat konfransında bildirib.
“Hazırda Qərbi Balkanlar regionunda, o cümlədən Bosniya və Herseqovina, Kosovoda hərbi mövcudluğumuzu yenidən nəzərdən keçiririk. Hazırda gələcək münaqişələrin qarşısını almaq üçün mövcudluğumuzu daimi əsasda artırmağın lazım olub-olmamasını nəzərdən keçiririk”, - o deyib.