NATO-nun yeni hərbi bazası Bolqarıstana 55 milyon dollara başa gələcək
Digər ölkələr
- 14 sentyabr, 2023
- 02:18
Bolqarıstanda NATO-nun çoxmillətli döyüş qrupu hərbi bazası üçün infrastrukturun tikintisi 55 milyon dollardan çox başa gələcək.
“Report” xəbər verir ki, bunu ölkənin müdafiə naziri Todor Taqarev bildirib.
Onun sözlərinə görə, kazarmaların, avadanlıqların saxlanması üçün binaların və yolların tikintisi 100 milyon bolqar levindən (təxminən 55 milyon ABŞ dolları - Qeyd) çox başa gələcək:
“Sofiyanın bu layihəni hazırlamaq üçün büdcə vəsaiti var, lakin NATO yenə də lazımi resursların bir hissəsini təmin edəcək. Baza üçün yer hələ müəyyən edilməyib, lakin çoxməqsədli döyüş qrupu ölkənin cənub-şərqindəki Yambol bölgəsindəki iki hərbi bazada yerləşə bilər”.
Son xəbərlər
14:11
Abşeronun bəzi ərazilərində işıq kəsilib
Energetika14:09
Leyla Əliyeva Maskatda Omanın Vəliəhdi ilə görüşüb
Xarici siyasət14:08
Azərbaycanda keçən il 47 kosmetoloji mərkəzdə qanunsuz fəaliyyət aşkarlanıb
Sağlamlıq14:00
Venesuelada neft hasilatının bərpası üçün 183 milyard dollar investisiya tələb olunacaq
Energetika13:55
Pezeşkian: Hökumət iqtisadi böhranı həll etmək üçün pul emissiyasına getməyəcək
Region13:50
İrəvanda Paşinyanın rəhbərliyi ilə "xaç yürüşü" başlayıb
Region13:46
Azərbaycan Türkiyədən dəri idxalına çəkdiyi xərci 26 %-ə yaxın azaldıb
Biznes13:41
Kiyevdə güllələnən azərbaycanlılarla bağlı cinayət işinə dair mövcud vəziyyət açıqlanıb
Hadisə13:37