NATO-nun müdafiə nazirlərinin görüşünün tarixi açıqlanıb

Digər ölkələr
  • 11 may, 2023
  • 17:00
NATO-nun müdafiə nazirlərinin görüşünün tarixi açıqlanıb

NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin planlaşdırılan görüşü iyunun 15-16-da Brüsseldə keçiriləcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı NATO-nun mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Qeyd olunub ki, NATO-nun Belçika paytaxtındakı mənzil-qərargahında keçiriləcək görüşə qurumun Baş katibi Yens Stoltenberq sədrlik edəcək.