NATO İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiyaya dəstəyini genişləndirmək barədə qərar qəbul edib

NATO İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiyaya dəstəyini genişləndirmək barədə qərar qəbul edib "AWACS" təyyarələrinin əlavə uçuşları və informasiya mübadiləsi ilə bağlı qərar qəbul edilib
Digər ölkələr
26 May , 2017 01:36
NATO İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiyaya dəstəyini genişləndirmək barədə qərar qəbul edib
Courtesy İmage

Bakı. 26 may. REPORT.AZ/ NATO ölkələrinin liderləri alyansın cümə axşamı keçirilən sammitində İŞİD terror qruplaşması ilə mübarizədə alyansın "AWACS" təyyarələrinin əlavə uçuşları və informasiya mübadiləsində beynəlxalq koalisiyaya dəstək barədə qərar qəbul ediblər.

"Report"un məlumatına görə, bu barədə qurumun baş katibi Yens Stoltenberq bildirib.

"Biz həmçinin İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiyaya dəstəyimizi genişləndirməyi qərara aldıq. Bizim (uzaq radiolokasiyalı) "AWACS" təyyarələrimiz koalisiyanın hava məkanından istifadəsini asanlaşdırmağa kömək edəcək. Bir neçə müttəfiq havada "AWACS"ları əlavə doldurmağa söz verib.

Biz daha çox uçuşlar həyata keçirmək üçün havada yanacaq doldurulmasını təmin edəcəyik və böyük miqdarda informasiya mübadiləsi edəcəyik" – deyə baş katib toplantıdan sonra bildirib.

Son xəbərlər

Orphus sistemi