NATO Baş katibi: "Ukraynanın əks-hücum əməliyyatlarında ciddi problemlər var, dəstək artırılmalıdır"

Digər ölkələr
  • 11 iyul, 2023
  • 08:19
NATO Baş katibi: Ukraynanın əks-hücum əməliyyatlarında ciddi problemlər var, dəstək artırılmalıdır

"Ukraynanın əks-hücum əməliyyatlarında ciddi problemlər var”.

“Report” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq iyulun 11-də Vilnüsdə NATO İctimai Forumunda çıxışında deyib.

O qeyd edib ki, mövcud çətinliklər aradan qaldırılmalıdır: “Odur ki, biz Kiyevə hərbi dəstəyi gücləndirməliyik”.

Qeyd edək ki, Ukrayna bu il iyunun əvvəlində əks-hücum əməliyyatlarına başlayıb.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-dən davam edir.