Narendra Modi İranın Qətərə hücumunu pisləyib
- 19 mart, 2026
- 23:18
Hindistanın Baş naziri Narendra Modi Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Taniyə zəng vurub və İranın enerji infrastrukturuna hava zərbələrini qınayıb.
"Report" xəbər verir ki, N. Modi bu barədə "X"dəki hesabında yazıb.
"Mən Qətərlə həmrəyliyimizi və regionda enerji infrastrukturuna edilən hücumları qətiyyətlə qınadığımızı dedim",- o bildirib. Baş nazir əlavə edib ki, Hindistan Hörmüz boğazı vasitəsilə gəmiçiliyin azadlığı və təhlükəsizliyinə dəstəyi təsdiqləyib:
"Mən Qətər Dövləti tərəfindən Hindistan icmasına göstərilən qayğı və dəstəyə görə minnətdarlığımı bildirdim".
تحدثتُ مع أخي صاحب السمو الشيخ تميم بن حمد آل ثاني، أمير دولة قطر، ونقلتُ إليه وإلى الشعب القطري خالص تهاني العيد.
— Narendra Modi (@narendramodi) March 19, 2026
وجددتُ التأكيد على وقوفنا تضامناً مع قطر، وإدانتنا الشديدة للهجمات التي استهدفت البنية التحتية للطاقة في المنطقة.
وأعربتُ عن امتناني لما تقدمه دولة قطر من رعاية…