Myanmadan qaçan müsəlmanların doğma yerlərinə qaytarılması ilə bağlı razılaşma imzalanıb

Myanmadan qaçan müsəlmanların doğma yerlərinə qaytarılması ilə bağlı razılaşma imzalanıb Sənədə əsasən Banqladeş hökuməti ölkəyə sığınan qaçqınları Myanmaya göndərəcək
Digər ölkələr
23 Noyabr , 2017 14:11
Myanmadan qaçan müsəlmanların doğma yerlərinə qaytarılması ilə bağlı razılaşma imzalanıb

Bakı. 23 noyabr. REPORT.AZ/ Banqladeşlə Myanma arasında Arakanlı müsəlman qaçqınların öz doğma yerlərinə qaytarılmasına dair razılaşma imzalanıb.

“Report” “Milliyet”ə istinadən xəbər verir ki, sənədə əsasən Banqladeş hökuməti ölkəyə sığınan qaçqınları Myanmaya göndərəcək.

Qeyd edək ki, bu il avqustun 25-dən Myanmanın şimalında, Arakan əyalətində müsəlmanlara qarşı “qanunsuz silahlılara qarşı mübarizə” adı altında qətliam başlayıb. Bu “tədbir” nəticəsində 613 min myanmalı müsəlman doğma torpaqlarını tərk edərək Banqladeşə sığınıb.

Xatırladaq ki, ötən gün ABŞ-ın dövlət katibi Reks Tillerson Myanmada müsəlmanlara qarşı törədilənləri “etnik təmizləmə” adlanıdırıb. 

Son xəbərlər

Orphus sistemi