Myanmada Yeni İllə əlaqədar 4 893 məhbus azad edilib

Myanmada Yeni İllə əlaqədar 4 893 məhbus azad edilib Myanma Prezidenti vəzifəsini icra edən Min Aun Hlayn Tincan bayramı (Myanma Yeni İli) münasibətilə 4 893 məhbus üçün amnistiya elan edib.
Digər ölkələr
17 aprel 2025 19:49
Myanmada Yeni İllə əlaqədar 4 893 məhbus azad edilib

Myanma Prezidenti vəzifəsini icra edən Min Aun Hlayn Tincan bayramı (Myanma Yeni İli) münasibətilə 4 893 məhbus üçün amnistiya elan edib.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

İlkin məlumatlara görə, azad edilənlər arasında azı 22 siyasi məhbus da var. Bundan əlavə, 13 əcnəbi də azad edilərək ki, onlar deportasiya ediləcək.

Azadlığa çıxanlar yenidən qanun pozuntusuna yol verib həbs cəzası alarlarsa, o zaman onlar yeni müddətə əlavə olaraq, əvvəlki cəzaya görə qalan müddəti də həbsxanada keçirməli olacaqlar.

Qeyd olunur ki, hökumət, həmçinin qətl və ya zorlama kimi ağır cinayətlər törədənlər istisna olmaqla, bir çox digər məhbusların həbs müddətini azaltmaq qərarına gəlib.

Bayram münasibəti ilə çıxışında Prezident vəzifəsini icra edən Hlayn ilin sonuna kimi parlament seçkiləri keçiriləcəyini açıqlayıb və müxalifəti münaqişələri Myanma hərbçiləri ilə toqquşma yolu ilə deyil, siyasi yolla həll etməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi