Myanmada dövlət çevrilişi olub, fövqəladə vəziyyət elan edilib

Myanmada dövlət çevrilişi olub, fövqəladə vəziyyət elan edilib Myanmada 1 illik hərbi vəziyyət elan edilib.
Digər ölkələr
1 Fevral , 2021 06:19
Myanmada dövlət çevrilişi olub, fövqəladə vəziyyət elan edilib

Myanma hərbçiləri prezidentin və dövlət müşavirinin saxlanılmasından sonra ölkədə 1 illik fövqəladə vəziyyət rejimi elan ediblər.

“Report” xəbər verir ki, bu barədə ordu telekanalına istinadən “Sinxua” agentliyi bildirib.

“Reuters” agentliyinin məlumatına görə, hərbçilər seçkilərdə baş verən saxtakarlıqlara cavab olaraq bir neçə nəfəri saxlayıblar.

Daha əvvəl hakim "Demokratiya üçün Milli Liqa" Partiyasının nümayəndəsinə istinadən "Reuters" bildirib ki, Myanma prezidenti Vin Myin və faktiki hökumət başçısı hesab edilən dövlət müşaviri Aun San Su Çji naməlum şəxslər tərəfindən saxlanılıb.

Ölkənin prezidenti və faktiki dövlət başçısından əlavə, saxlanılanlar arasında Şan əyalətinin Planlaşdırma və Maliyyə Naziri, hakim partiyanın Kaya əyalətindəki şöbəsinin sədri və İravadi bölgəsinin parlamentindəki bəzi partiya nümayəndələri də var.

“Reuters” agentliyinin məlumatına görə, Yanqon şəhər meriyasının ətrafında qoşunlar yerləşdirilib.

Hərbçilər ölkədə hakimiyyətin Silahlı Qüvvələrin baş komandanı Min Aun Xlainə keçdiyini bildiriblər. Bununla yanaşı, hərbçilər vitse-prezident Myint Şveni müvəqqəti prezident təyin ediblər.

Min Aun Xlain
Min Aun Xlain

Dövlət rəsmilərinin saxlanılmasından sonra Myanmada mobil əlaqə və internetin fəaliyyətində problemlər yaranıb.

Xatırladaq ki, daha əvvəl yerli mətbuatda hökumət və ordu arasında gərginliyin davam edən eskalasiyasından sonra dövlət çevrilişinə hazırlıq haqqında informasiya yayılıb.

Son xəbərlər

Orphus sistemi