Myanma 46 ildən sonra siyasi məhbuslara qarşı edam cəzası bərpa edilə bilər

Digər ölkələr
  • 04 iyun, 2022
  • 03:14
Myanma 46 ildən sonra siyasi məhbuslara qarşı edam cəzası bərpa edilə bilər

Myanma ordusu keçmiş Demokratiya Uğrunda Milli Liqanın deputatı Ko Pyo Zeya To və siyasi fəal Kyau Min Yuya qarşı edam cəzasını təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə "Irrawaddy" nəşri məlumat yayıb.

Edamların nə vaxt davam etdiriləcəyinə Penitensiar Xidmətlər İdarəsi qərar verəcək. Hər iki şəxs 2021-ci ilin sonlarında saxlanılıb və Yanqonda silahlı müqavimətin təşkilinə görə yanvar ayında ölüm cəzasına məhkum edilib. Hökmlər yerinə yetirilərsə, bu şəxslər 1976-cı ildən sonra edam edilən ilk siyasi dissidentlər olacaqlar.

44 filmi