Müxalifət Castin Trüdonu Kanadada nifrət cinayətlərinin artmasında günahlandırıb

Müxalifət Castin Trüdonu Kanadada nifrət cinayətlərinin artmasında günahlandırıb Kanadanın müxalif “Mühafizəkarlar Partiyası”nın lideri Pyer Pualevr nifrət cinayətlərinin artmasında Baş nazir Castin Trüdonu günahlandırıb.
Digər ölkələr
6 Noyabr , 2024 03:39
Müxalifət Castin Trüdonu Kanadada nifrət cinayətlərinin artmasında günahlandırıb

Kanadanın müxalif “Mühafizəkarlar Partiyası”nın lideri Pyer Pualevr nifrət cinayətlərinin artmasında Baş nazir Castin Trüdonu günahlandırıb.

“Report” xəbər verir ki, bu barədə müxalifətçi parlamentdə Trüdo ilə debat zamanı ölkənin iqtisadi vəziyyətindən danışarkən bildirib.

Siyasətçi hökumət başçısının yürütdüyü siyasət nəticəsində ölkədə iqtisadi vəziyyətin pisləşdiyini qeyd edib:

“Castin Trüdo yaratdığı bütün iqtisadi problemlərdən yayındırmaq istəyir. Kanadalılar arasındakı bu fikir ayrılıqları onun əməllərinin nəticəsidir. Trüdo hakimiyyəti dövründə ölkədə nifrət cinayətlərində 251% artım olub. Sinaqoqalar, yüzlərlə kilsə yandırılır, yəhudi məktəbləri gülləbaran edilir və təhqir olunur. İndi biz Brampton küçələrində dini iğtişaşlar görürük. Bu baş nazirə qədər belə hal olmayıb”.

Son xəbərlər

Orphus sistemi