​Münhendə silahlı insident törətmiş şəxsin kimliyi məlum olub

​Münhendə silahlı insident törətmiş şəxsin kimliyi məlum olub Cinayət İran əsilli alman tərəfindən törədilib
Digər ölkələr
23 İyul , 2016 04:33
​Münhendə silahlı insident törətmiş şəxsin kimliyi məlum olub

Bakı. 23 iyul. REPORT.AZ/ İyulun 22-də Münhendə ticarət mərkəzində ətrafındakı şəxslərə atəş açan silahlı şəxsin kimliyi müəyyənləşdirilib. "Report"un məlumatına görə, bu barədə yerli polisin nümayəndəsi keçirdiyi mətbuat konfransında xəbər verib.

Polis sözçüsü bildirib ki, bu şəxs İran əsilli alman olub. Onun sözlərinə görə, cinayət bir nəfər tərəfindən törədilib.

Hələlik "Münhen atışması"nın motivləri məlum deyil. 

Polis rəsmisi hadisə zamanı 21 nəfərin yaralandığını, 10 nəfərin öldüyünü təsdiq edib.

"Münhen atıcısı"nın ikili vətəndaşlığı olub. O, Almaniyanın və İranın vətəndaşı olub" - bunu isə şəhər polisinin rəisi Xubertus Andre keçirdiyi mətbuat konfransında deyib. 

"18 yaşlı bu şəxsin həm İran və Almaniya vətəndaşlığı olub. O, 10 ildən çox idi Münhendə yaşayırdı" - deyə polis rəisi əlavə edib. 

Son xəbərlər

Orphus sistemi