Macarıstanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu ölkənin Baş naziri Viktor Orbanla görüşüb.
“Report” xəbər verir ki, XİN başçısı bu barədə tviterdə paylaşım edib.
Qeyd edilib ki, nazirlər strateji tərəfdaşlıq barədə müzakirələr aparıb.
Məlumata görə, M.Çavuşoğlunun Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə görüşəcəyi də nəzərdə tutulub. Sonra XİN başçılarının birgə mətbuat konfransı keçirəcəkləri gözlənilir.
