“Moody`s” İsrailin kredit reytinqini aşağı salıb

“Moody`s” İsrailin kredit reytinqini aşağı salıb “Moody`s” beynəlxalq reytinq agentliyi İsrail hökumətinin xarici və milli valyutada uzunmüddətli emitent reytinqini mənfi proqnozla “A2”dən “Baa1”ə endirib.
Digər ölkələr
28 Sentyabr , 2024 10:57
“Moody`s” İsrailin kredit reytinqini aşağı salıb

“Moody`s” beynəlxalq reytinq agentliyi İsrailin xarici və milli valyutada uzunmüddətli kredit reytinqini "mənfi" proqnozla “A2”dən səviyyəsindən “Baa1” səviyyəsinə endirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Qeyd olunub ki, reytinqin aşağı salınması Livanın "Hizbullah" hərəkatı ilə münaqişənin kəskinləşməsi ilə bağlıdır.

“Reytinqin aşağı salınmasının əsas səbəbi geosiyasi risklərin yüksək səviyyələrə qalxması və onun İsrailin həm qısa, həm də uzunmüddətli perspektivdə kredit qabiliyyətinə mənfi təsir göstərməsi olub. Son günlər İsraillə “Hizbullah” arasında qarşıdurmanın intensivliyi xeyli artıb”, - proqnozda bildirilib.

Eyni zamanda, “Moody`s” Qəzza zolağında atəşkəs razılaşmasının əldə edilməsi şanslarının azaldığını, daxili siyasi və geosiyasi risklərin əhəmiyyətli dərəcədə artdığını vurğulayıb. Proqnoza görə, İsraillə İran arasında genişmiqyaslı münaqişə ehtimalı aşağı olaraq qalır, lakin hələ də istisna edilmir.

Agentlik 2024-cü ilin sonuna kimi İsrailin hərbi əməliyyatlara görə ümumi daxili məhsulunun (ÜDM) artımının cəmi 0,5 % olacağını gözləyir. 2025-ci il üçün ÜDM artımı proqnozu isə 4 %-dən 1,5 %-ə endirilib.

Xatırladaq ki, “Moody`s” artıq 2024-cü ildə ikinci dəfədir ki, İsrailin kredit reytinqini aşağı salır. Bu ilin fevral ayında reytinq “A1”dən “A2”yə endirilib.

Son xəbərlər

Orphus sistemi