Misirdə iki sərnişin qatarı toqquşub, azı 20 nəfər xəsarət alıb
Digər ölkələr
- 13 oktyabr, 2024
- 08:55
Misirin mərkəzi El-Minya əyalətində iki sərnişin qatarının toqquşması nəticəsində azı 20 nəfər xəsarət alıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, nazirliyə hadisə nəticəsində həlak olanlar barədə hələ ki, məlumat daxil olmayıb.
Hadisə yerinə 23 təcili yardım avtomobili cəlb edilib. Bundan başqa Misirin səhiyyə naziri Xalid Abdel Qaffar öz müavinini qəza baş verən əraziyə göndərib.
Öz növbəsində “Al-Youm as-Sabia” portalı bildirib ki, oktyabrın 13-də səhər saatlarında Qahirəyə gedən sərnişin qatarı digər qatarın lokomotivi ilə toqquşub. Nəticədə iki vaqon relslərin yanından keçən su kanalına düşüb. Hadisə yerində xilasedicilər işləyir, hadisənin səbəbləri aydınlaşdırılır.
Son xəbərlər
17:51
Tehran meri: Aksiyalar zamanı şəhər infrastrukturunda dağıntılar qeydə alınıb
Region17:51
Azərbaycanda publik hüquqi şəxslərə ödənişlə bağlı müqavilə forması dəyişib
Maliyyə17:50
TAP-ın genişləndirilməsi üçün bazar sınağının növbəti mərhələsinin vaxtı dəqiqləşdirilib - EKSKLÜZİV
Energetika17:48
İlkin hazırlıq üzrə təlimi bitirmiş mediatorlara verilən sertifikat beş il qüvvədə olacaq
Daxili siyasət17:47
"Sumqayıt" yoxlama oyununda Macarıstan klubuna uduzub
Futbol17:46
Azərbaycanda bəzi tarixi mədəniyyət abidələrinin adları bərpa edilib
Daxili siyasət17:45
Qanunsuz orden və medal hazırlamaqda təqsirli bilinən QHT rəhbərinin məhkəməsi başlayır
Hadisə17:45
Voleybol üzrə Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçirilib
Komanda17:44
Foto