Misirdə qatarların toqquşması zamanı yaralananların sayı 100 nəfəri ötüb, ölənlər var - YENİLƏNİB

Misirdə qatarların toqquşması zamanı yaralananların sayı 100 nəfəri ötüb, ölənlər var - YENİLƏNİB Misirin cənubunda iki sərnişin qatarının toqquşması nəticəsində 32 nəfər ölüb, 108 nəfər yaralanıb
Digər ölkələr
26 Mart , 2021 19:52
Misirdə qatarların toqquşması zamanı yaralananların sayı 100 nəfəri ötüb, ölənlər var - YENİLƏNİB

Misirin cənubunda iki sərnişin qatarının toqquşması nəticəsində xəsarət alanların sayı 108 nəfərə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Məlumata görə, hadisə zamanı 32 nəfər həlak olub. Nazirliyin sözçüsü Xalid Muqahed qeyd edib ki, hadisə yerinə 74 təcili yardım maşını cəlb edilib.

Misirin Baş Prokurorluğu hadisənin araşdırılması barədə göstəriş verib. Qeyd olunub ki, qəza ilə bağlı xüsusi komissiya yaradılıb və baş nazir Mustafa Madbuli hadisənin araşdırılmasına nəzət edir.

Hər iki qatarın maşinistləri saxlanılıb.

16:22

Misirin cənubunda iki sərnişin qatarının toqquşması nəticəsində 32 nəfər ölüb, azı 66 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Məlumata görə, qəza martın 26-da ölkə paytaxtı Qahirədən cənubda Sohaq əyalətində baş verib. Hadisə yerinə 36 maşın təcili yardım briqadası cəlb edilib.

Misirin Baş prokurorluğu hadisənin araşdırılması barədə göstəriş verib. Qeyd olunub ki, hadisə ilə bağlı xüsusi komissiya yaradılıb və baş nazir Mustafa Madbuli hadisənin araşdırılmasına nəzət edir.

Hər iki qatarın maşinistləri saxlanılıb.

Son xəbərlər

Orphus sistemi