Millətlər Birliyinin liderləri təşkilatın yeni baş katibini seçiblər

Millətlər Birliyinin liderləri təşkilatın yeni baş katibini seçiblər Millətlər Birliyinin liderləri Qananın hazırkı xarici işlər naziri Şirli Ayorkor Botçveyi təşkilatın yeni baş katibi seçiblər.
Digər ölkələr
26 Oktyabr , 2024 08:57
Millətlər Birliyinin liderləri təşkilatın yeni baş katibini seçiblər

Millətlər Birliyinin liderləri Qananın hazırkı xarici işlər naziri Şirli Ayorkor Botçveyi təşkilatın yeni baş katibi seçiblər.

“Report” xəbər verir ki, bu barədə təşkilatın “X” sosial şəbəkəsindəki hesabında dərc olunan məlumatda deyilir.

"Bu gün birlik hökumət başçıları, hazırda Qananın xarici işlər və regional inteqrasiya naziri olan hörmətli Şirli Ayorkor Botçveyi birliyin yeni baş katibi seçdilər", - məlumatda deyilir.

Millətlər Birliyi Böyük Britaniyanı və demək olar, bütün keçmiş dominionlarını, koloniyalarını, protektoratlarını, Mozambik və Ruandanı əhatə edən 53 müstəqil dövlətin birliyidir. Birlik ölkələrinin ümumi əhalisi iki milyarddan çoxdur. Birliyin başçısı Britaniya monarxıdır.

Son xəbərlər

Orphus sistemi