Mexikoda barda atışma zamanı 3 nəfər ölüb

Digər ölkələr
  • 06 may, 2018
  • 23:25
Mexikoda barda atışma zamanı 3 nəfər ölüb

Bakı. 7 may. REPORT.AZ/ Meksikanın paytaxtı Mexikoda atışma baş verib.

“Report” xəbər verir ki, şəhərin şimalında qeydə alınan silahlı insident zamanı 3 nəfər həyatını itirib.

Polis əməkdaşları ərazini mühasirəyə alıblar. Hadisə yerində müxtəlif ölçülü gilizlər tapılıb.

Atışmanın hansı şəraitdə baş verdiyi məlum deyil.