Bakı. 23 yanvar. REPORT.AZ/ Bir sıra ölkələrin internet istifadəçiləri "Vatsap"ın işində nasaqlığın yarandığını bildiriblər.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə "Downdetector" portalı bildirib.
Qeyd edilir ki, sosial şəbəkənin işində ilk nasazlıq saat 22:17-də yaranıb. Messencer fəaliyyətindəki problemlərlə Rusiya, Böyük Britaniya, Almaniya, Braziliya və digər ölkələrin istifadəçiləri üzləşib. İstifadəçilər bir-birləri ilə əlaqə yaratmaqda, məktublaşmaqda və öz akkauntlarına daxil olmaqda yaranmış problemlərdən şikayətləniblər.
Qeyd edək ki, bir müddət əvvəl də "Vatsap" messencerinin Azərbaycan və dünyanın bir sıra ölkələrindəki istifadəçiləri problemlə üzləşiblər. Nəticədə istifadəçilər onun xidmətlərindən yararlana bilməyiblər. Bu, sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilər sosial şəbəkələrdə messencer fəaliyyətindən yararlana bilməmələrindən şikayət ediblər.