Merts Almaniyanın yeni Kansleri kimi and içib
Digər ölkələr
- 06 may, 2025
- 21:33
Xristian-Demokrat İttifaqının (XDI) lideri Fridrix Merts Bundestaqda Almaniyanın yeni, 10-cu Kansleri kimi and içib.
"Report"un məlumatına görə, mərasimi "Phoenix" telekanalı yayımlayıb.
“Alman xalqının rifahı naminə çalışacağıma, onun sərvətini artıracağıma, onu zərərlərdən qoruyacağıma, əsas Qanunu və federasiya qanunlarını gözləyib qoruyacağıma, vəzifə borcumu vicdanla yerinə yetirəcəyimə və hər kəsə qarşı ədalətli olacağıma and içirəm. Qoy Tanrı mənə kömək olsun”, – deyə Merts bildirib.
DPA agentliyinin məlumatına görə, mayın 6-da yeni Kansler hökumətinin ilk iclasını keçirəcək.
Qeyd edək ki, Bundestaq onun namizədliyini ikinci cəhddə təsdiqləyib. Siyasətçi tələb olunan 325 səsdən 316-nı toplaya bilib.
O, ilk cəhddə 310 səs toplamışdı.
Son xəbərlər
09:36
İsmayıllıda avtomobil piyadanı vuraraq öldürüb
Hadisə09:31
BDYPİ: Uzun məsafəli səfərlər zamanı sürücülərin fasilələr verməsi vacibdir
Daxili siyasət09:27
Azərbaycan Basketbol Liqası: XVI turun daha bir oyunu bu gün baş tutacaq
Komanda09:00
Azərbaycan cüdoçuları "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayırlar
Fərdi08:53
Ağ Ev Qəzza Sülh Şurası liderlərinin ilk görüşünü keçirməyi planlaşdırır
Digər ölkələr08:31
Yaponiyanın Baş naziri Kuril adaları ilə bağlı mitinqdə iştirak edəcək
Digər ölkələr08:24
ABŞ tezliklə BMT-yə milyardlarla dollarlıq borcunun ilkin ödənişini edəcək
Digər ölkələr08:03
Azərbaycan səfiri BMT-də mina təhlükəsi və keçmiş köçkünlərin qayıdışını gündəmə gətirib
Xarici siyasət07:43